Xəyallarınızın imkanlarını genişləndirin.
Xəyala çevrilən reallıq
2017-ci ildə təsis edilmiş Dreame Technology missiyası "dünya üzrə istehlakçıların həyat keyfiyyətini yaxşılaşdırmaq" olan innovativ şirkətdir. Şirkət qabaqcıl aerodinamika texnologiyalarından istifadə etməklə yüksək keyfiyyətli məişət texnikasının, eləcə də gözəllik və şəxsi qulluq texnikasının istehsalı üzrə ixtisaslaşıb.
İnnovasiyalar və texnologiyalar hər kəs üçün əlçatandır
Illillik aktiv işin nəticəsi olaraq Dreame şirkəti dünyaya bir sıra əsas ixtiralar və yüksəksürətli mühərrik, monokulyar maşın görməsi, SLAM (ani vizual lokalizasiya və orientasiya) və çoxkonuslu siklonik ayrılma kimi 150-dən çox patentləşdirilmiş texnologiya təqdim etmişdir. Bu gün şirkətin çoxsaylı patentləri qlobal bazarda aparıcı mövqelər tutur.
İnnovator kimi yaradılmış
6 379 müraciət edilmiş patent
3 155 təsdiqlənmiş patent
Sərhədlərdən kənarda: sabahkı gün üçün innovasiyalar
"İnnovasiyalar bizim üçün qarşıdakı beş il ərzində əsas söz olacaq. Biz istehlakçının şüuraltına nüfuz etməyə daha çox enerji və vaxt sərf edəcəyik ki, bu da öz növbəsində bizim inkişafımıza və istehlakçı ehtiyaclarının başa düşülməsinə kömək edəcək." Şirkət bütün dünyada müştərilərimiz üçün təmizliyi daha da sadələşdirəcək ən güclü məhsulun yaradılması ideyasına yenə də dərin sədaqətlə yanaşacaqdır.
Təsisçi: Yu Hao
Gələcəyin ictimai klasteri
Bizim baxışımız insanların lazımi əşyalar aldıqları sadəcə bir marketpleysdən daha artıq bir şey yaratmaqdan ibarətdir. Biz elə bir ictimai klaster formalaşdırmaq istəyirik ki, orada hər bir insan yeni texnologiyaları və onların insanların həyat keyfiyyətini necə yaxşılaşdırdığını araşdıra və müzakirə edə bilsin.
Dreame-in əməkdaşlarının 60%-dən çoxu mühəndisdir
Dreame-də dünya səviyyəli universitetlərin mühəndisləri çalışırlar ki, onların da bir çoxu aerokosmik dinamikanın aparıcı mütəxəssisləridir. Tədqiqat və inkişaf (R&D) şöbəsi gələcək layihələrin əsası olan elmi-texniki seminarları həftəlik olaraq keçirir. Mühəndislik təhsili olmayan əməkdaşlar da texnologiyaları əyani şəkildə öyrənmək üçün laboratoriyalara baş çəkə bilərlər.
Gəldi o gün ki, Dreame bütün dünya tərəfindən qəbul edildi / tanındı
Bizim dəstəyimizi insanların həyat keyfiyyətini yaxşılaşdırmaq missiyamıza qoşulan sənayenin aparıcı investorları təmin edirlər.