Новости

Dreame IFA 2025 sərgisində ev təmizliyi sahəsində özünün ən son ağıllı texnologiyalarını və innovativ məhsullarını təqdim etdi!

Berlin-də texnikanın ən böyük sərgisi IFA 2025 keçirildi və burada xüsusi diqqət Dreame-nin innovasiyalarına yönəldi. Qazanılmış mükafatlar da bunu sübut edir… IFA 2025-də Dreame özünün “ağıllı ev” ekosistemini ilk dəfə təqdim etdi və bütün zalı 22 məhsul xəttinin nümayişinə həsr etdi; bunlardan 15-i tamamilə yeni kateqoriyanı təşkil edir — dünyada ilk pilləkən qalxan robot tozsorandan əlavə, Dreame soyuducu, qabyuyan maşın, Aura Mini LED 4K S100 televizorları və digər məişət texnikası kimi yeni məhsullar təqdim etdi.
“Bizim missiyamız sadədir: istifadəçilərin ehtiyaclarını dinləyir və çağırışlara sadə həll yolları tapırıq. IFA-da bu yeni texnologiyaların təqdim olunmasından həyəcan duyuruq və ümid edirik ki, onlar istifadəçilərə həqiqətən kömək edəcək, həqiqətən vacib olan şeylərə diqqət yetirmək üçün onlara vaxt qazandıracaq. İstər pilləkənlərə qalxmaq, istər dolaşmış saçlarla mübarizə aparmaq, istərsə də qazonlara qulluq etmək olsun, Dreame-nin innovasiyaları gündəlik həyatı daha sadə, təmiz və ağıllı edir”, — deyə Dreame Technology-nin baş icraçı direktoru Sin Çen bildirir.

Dreame Cyber X — dünyada ilk pilləkən qalxan robot tozsoran 

IFA 2025 sərgisində Dreame şirkəti dünyanın ilk bionik QuadTrack™ sisteminə malik, pilləkənlərə qalxa bilən və məişətdə ən aktual problemlərdən birini həll edən Cyber ​​X adlı konseptual texnologiyasını təqdim etdi. Bu yenilik şirkətin mühəndislik sahəsindəki gücünü və avtonom təmizliyin gələcəyinə dair baxışını nümayiş etdirir.

Cyber ​​X üç əsas komponentdən ibarətdir: robot tozsoran, Bionic QuadTrack™ pilləkənlərə qalxma sistemi və baza stansiyası. Xüsusi diqqət 0,2 m/san sürətlə 25 sm hündürlüyə qalxa bilən QuadTrack™ sisteminə yönəldilir. Bu sistem müxtəlif pilləkən enlərinə və həndəsi parametrlərə uyğunlaşaraq pilləkənlərə qalxmağı səlis, sürətli və təhlükəsiz prosesə çevirir. Bir pillədən digərinə qalxmaq üçün isə mini liftə bənzər funksiyaya əsaslanır və beləliklə, robotu əllə qaldırmaq ehtiyacını aradan qaldırır.

Aqua Series — təmiz su ilə döşəmənin təmizlənməsi

Texnikanın ən böyük sərgisində Dreame yeni robot tozsoranın tamamilə yeni versiyasını təqdim etdi. Burada TrackSync™ Constant Hot Water Mopping sistemi mövcuddur — bu, Dreame-nin ilk isti su ilə təmizləmə sistemidir. Məhlulun avtomatik əlavə olunması ilə fasiləsiz isti su axını döşəmənin təmizliyini qoruyur və maneələrin öhdəsindən effektiv şəkildə gəlir. Daha geniş təmas sahəsi və təzyiq sayəsində inadkar ləkələrin öhdəsindən asanlıqla gəlir və döşəmənin dərin yarıqlarına qədər çatmağı bacarır.

Matrix10 Ultra — dünyada ilk ağıllı çoxmoplu robot tozsoran

Sənayedə ilk dəfə olaraq çoxdəfəlik salfet dəyişdiricisi dok-stansiya ilə təchiz olunub. Three-Solution Compartment isə müvafiq təmizləyici salfetlərdən istifadə etməklə müxtəlif məkanlara avtomatik olaraq uyğunlaşır. O, otağın növündən və ya təmizlik ehtiyaclarından asılı olaraq dəyişdirilən ümumilikdə üç növ salfeti əhatə edir. Neylon təmizləyici salfetlər mətbəxdəki yağların təmizlənməsi üçün nəzərdə tutulub, su saxlama xüsusiyyətli süngər salfetlər hamam otaqları üçün, termal salfetlər isə digər otaqlar üçündür. Three-Solution Compartment isə ev heyvanlarının qoxusunun aradan qaldırılması, taxta döşəməyə qulluq və ümumi təmizlik üçün idealdır.

V20 Pro və V30 — ağıllı simsiz tozsoranlar

Dreame-nin yeni modelləri V20 Pro və V30 evi daha sürətli və effektiv şəkildə təmizləyir. Ən diqqətçəkən xüsusiyyət isə təmizlik zamanı ən çətin işlərdən biri üçün nəzərdə tutulmuş GapFree™ AI Robotic Arm-dır — o, ağıllı infraqırmızı sensor vasitəsilə kənarları və bucaqları təmizləyir.

Saçların dolaşması problemini isə TangleCut™ Dual Scraper həll edir: saçları kəsir və onları əllə təmizləməyə ehtiyac qalmır. OmniX 2.0 Dynamic Brush Head isə qalın xalçalardan tutmuş parketə qədər istənilən növ döşəməyə uyğunlaşır. 90 dərəcə qatlana bilən, 4 pilləli borusu sayəsində isə alçaq mebellərin altına asanlıqla çatır.

H15 Pro FoamWash — ev heyvanlarının təmizliyinə qayğı göstərən texnologiya

Dreame ev heyvanları üçün nəzərdə tutulmuş FoamWash texnologiyasını da təqdim edir. 100 dərəcəlik Hot Water Self-Cleaning və yenilənmiş 23 000 Pa sorucu gücü ilə köpüyü birbaşa ləkələrin üzərinə məqsədyönlü şəkildə tətbiq edə bilir və qoxunun neytrallaşdırılmasını təmin edir.

Miracle Pro — saç baxımının ilk üçlü sistemi

Fragrant Mist × Dual-Wavelength Red Light × AI Smart Mode saç baxımının ilk üçlü sistemidir; tərkibində nərə kürüsü, ağ trüfel ekstraktı və hidroliz olunmuş keratin var — saça dərindən nüfuz edir, onu qidalandırır və qurudur. Dual-Wavelength Red Light baş dərisinin qan dövranını stimullaşdırır, Smart AI-nin termal sistemi isə hava axınının temperaturunu və sürətini real vaxt rejimində tənzimləyir.

DZ60 Pro & OZ60 Pro — mətbəx üçün innovativ məhsullar

Mətbəx texnikasında isə Dreame iki mühüm yenilik təqdim etdi: DZ60 Pro və OZ60 Pro. DZ60 Pro Fully-integrated Dishwasher Sinqapurun ən yüksək 4-Tick WELS sertifikatına malikdir, 360 dərəcəlik HydraFlow yuy sistemi ilə təchiz olunub və tətbiqlə fasiləsiz əlaqə təklif edir.

OZ60 Pro Built-in Steam Oven-ə gəldikdə isə, bu cihaz buxarda bişirmə, sobada bişirmə və hava ilə qızartma (air fryer) funksiyalarını birləşdirir. 1600 vattlıq buxar püskürtməsi, çoxrejimli bişirmə və dəqiq PID istilik nəzarəti sayəsində evdə yeməkləri peşəkar səviyyədə hazırlamaq imkanı yaradır.

İFA 2025 sərgisində Dreame hansı mükafatları qazandı? Necə ki, yuxarıda qeyd olundu, Dreame Berlində keçirilən ən böyük texnologiya sərgisi olan IFA Innovation Awards 2025-də bir çox mükafata layiq görüldü, o cümlədən:
  • Matrix10 Ultra — Best in Smart Home DZ60 Pro Fully-integrated
  • Dishwasher — Best in Home Appliances Miracle Pro — Best in Beauty &
  • Personal Care H15 Pro
  • FoamWash — Honoree
Beləliklə, o, Dreame-nin xəyallarımızdakı həyatı qurmağımıza kömək etdiyini sübut etdi.